Dirək papaqcığı
Artikul: 75416266
Brend: Metak
Dirək papaqcıqları dirəklərin istismar müddətini əhəmiyyətli dərəcədə uzatmaqla, onların şaquli saxlanılmasını təmin edir. Sahələrdəki dirəklər arasında bağlılıq, bütövlük yaratmaq məqsədi ilə papaqcıqların üzərindəki xaçvari kəsişmələrin köməyi ilə, trosla dartılmış məftillər aparılır.
Dirəklərin 30%-ə qədəri sıradan çıxsa belə, diqər sağlam dirəklər vasitəsi ilə dayanıqlıq təmin olunacaq və sıradan çıxmış dirəkləri dəyişməyə ehtiyac qalmayacaqdır. Ehtiyac duyulduqda məhsulu dolu vurmasından və quşlar tərəfindən tələf edilməsindən qorumaq üçün papaqcıqların üzərinə xüsusi tor məhsulu quraşdırılır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, papaqcıqların tətbiqi sayəsində intensiv bağlarda məhsuldarlıq 30-40% yüksəlmişdir.