Alma yeşiyi 60x40x35 (30 kq)
Artikul: 07713664
Brend: Metak
İlkin polipropilen xammaldan istehsal edilmiş bu yeşiklər məhsulun yığılması, daşınması və saxlanılması üçün nəzərdə tutulmuşdur. Yeşiklərin simmetrik forması onların anbarda və soyuducularda rahat yerləşdirilməsini təmin edir. Hal-hazırda şirkətdə istehsal olunan bu məhsullar dörd rəngdə (şəffaf, boz, qırmızı, yaşıl) alıcılara təqdim olunur.
İstifadə sahələri
- Meyvə və tərəvəzin yığılması, daşınması və saxlanılması;
- Kənd təsərrüfatı və sənaye məhsullarının yığılması, daşınması və saxlanılması;
- Çörək və un məmulatlarının yığılması və daşınması;
- Balıq, ət və toyuq məhsullarının yığılması, daşınması və saxlanılması.
Üstünlükləri
-30°C şaxtaya və +80°C istiyilə davamlılığı;
Kəskin temperatur dəyişikliklərinə qarşı müqavimətliliyi;
Metal və taxta yeşiklərdən qat-qat yüngül olduğundan rahat daşınması;
Qida məhsulları üçün tam təhlükəsizliyi;
Rahat təmizlənməsi, nəm, göbələk və kif əmələ gətirməməsi;
Metal və taxta yeşiklərdən daha uzunömürlü və qənaətli olması.
Yeşiklər aşağıdakı ölçülərdə təqdim olunur (eni x uzunluğu x hündürlüyü):
300 kq-lıq, 120mm х 100mm х 72mm
30 kq-lıq, 60mm х 40mm х 35mm
8 kq-lıq, 40mm х 30mm х 18,5mm
6 kq-lıq, 50mm х30mm х 10mm